- “İNTEKS” tikinti şirkəti Nizami rayonu, Şirin Mirzəyev küçəsində, Q.Qarayev metrosundan 3-dəqiqəlik yolda yerləşən “Komfort” yaşayış kompleksinin növbəti layihəsini təqdim etməyə şaddır. Kompleks 15 və 14 yaşayış mərtəbəsindən ibarət 10 bloklu evdir. Əsas məqsəd Sizin rahat yaşamağınız üçün lazım olan bütün şəraitin yaradılmas ı idi.
- “İNTEKS” şirkəti və 800-dən çox mənzili vaxtında istifadəyə vermə təcrübəsinə malikdir, buna əsaslanaraq biz müştərilərin bütün arzularını nəzərə almağa və maksimum dərəcədə rahatlıq yaratmağa çalışdıq
- Kompleks yaşıllığı bol olan mənzərəli bir yerdə yerləşir, magistrala çıxan yolları var və 15 dəqiqəyə şəhərin mərkəzinə çatmaq olar. Seçiminizə uyğun olaraq Sizin bilavasitə yaxınlığınızda 145 və 238 saylı ümumtəhsil məktəbləri yerləşir. Torpaq sahəsinin mühəndis-geoloji tədqiqatları onun keyfiyyətini, tektonik sınma xətlərinin olmamasını və bu rayonun texniki reqlamentə görə çoxmərtəbəli binaların tikintisi üçün uyğun olduğunu təsdiq edib, bu isə binaların 9 bal gücündə zəlzələyə davamlılığına zəmanət verir.
- Zahiri bəzəyi üçün ən keyfiyyətli müasir materialları tətbiq olunacaqdır. Binaların fakturası və rəngi onlara xüsusi yaraşıq verəcəkdir. Evlərin birinci mərtəbələrində sakinlərini yüksək səviyyəli komfortla təmin edəcək infrastruktur obyektləri yerləşəcəkdir, bütün kompleks isə müasir mühəndislik işi ilə təmin olunacaqdır.
- Binanın: monolit dəmir-beton karkas
- Bütün mənzillər təmirlidir
- Kompleks yeraltı parkinqlə təchiz olunub
- Tavanların hündürlüyü – 3, 10 metr
- Yanğına qarşı təhlükəsizlik sistemi
- “Taurus” firmasının vitraj pəncərə və qapıları (Türkiyə istehsalı)
- Uşaqların həyətdə gəzintisinə baxmaq imkanı ilə bütün kompleksin
- Zahiri bəzəyi: açıq rəngli qammada hazırlanmış, dizayner qərarı ilə su keçirməyən xüsusi boya binaların gözəlliyini vurğulayır
- Xaricdə istehsal edilmiş, səssiz, sürətli liftlər quraşdırilmasi nəzərdə tutulmuşdur
- Zərbəyə və yanğına davamlı giriş qapısı
- Bütün mənzillər təmirlidir
Layihə haqqında ümumi məlumat
- ″Komfort″ yaşayış kompleksi – Bakı şəhəri, Nizami rayonu,Ə.Hacıyev, M.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində, 2458-ciməhəllədə tikilir.
- Kompleksin ümumi ərazisi – 5.64 ha
- Hər biri 16 mərtəbədən ibarət olmaqla – 6 bina
- Mənzillər -1,2,3 otaqlı olmaqla ümumi sayı – 1350